"İnter" əzəli rəqibini məğlub etdi, çempionluğunu rəsmiləşdirdi - VİDEO

09:55 - 23 Aprel 2024

"İnter" tarixində 20-ci dəfə İtaliya çempionu olub. 

Sportal.az xəbər verir ki, Simone İnzaqinin rəhbərlik etdiyi kollektiv 33-cü turda "Milan"la səfər görüşündə qələbə qazanıb. 

Belədə, "nerazzura" sona 5 tur qalmış liderliyini rəsmiləşdirib. 

"İnter"in 86 xal, "Milan"ın isə 69 xalı var.

"Milan" - "İnter" 1:2
Qollar: Fikayo Tomori, 80 - Françesko Açerbi, 19, Markus Türam, 49.

Xəbər xətti