"Yuventus"u "Arsenal"a dəyişir

14:42 - 23 Aprel 2024

"Yuventus"un forvardı Duşan Vlahoviç İngiltərəyə yollanmağa yaxındır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, serbiyalı hücumçunun xidmətində "Arsenal" maraqlıdır.

"Topçular" yay "transfer pəncərəsi" zamanı 24 yaşlı futolçunun keçidini həll etməyə çalışacaq.

Vlahoviç bu mövsüm 31 matçda 17 qol vurub, 3 asist edib. 

Duşan “Partizan” və “Fiorentina”da oynadıqdan sonra 2022-ci ildə “Yuventus”a keçib.

Xəbər xətti