"Çelsi" iki futbolçusunu satacaq

18:59 - 26 Aprel 2024

"Çelsi" mövsümün sonunda iki futbolçu ilə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, London təmsilçisi Rahim Sterlinq və Mark Kukurelyanı satışa çıxaracaq. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Sterlinqə Səudiyyə Ərəbistanınından təkliflər var. İngiltərə millisinin üzvünün Asiyaya köçməyə isti yanaşdığı bildirilir.

Kukurelyanın isə karyerasına Avropada başqa klubda davam edəcəyi gözlənilir.

Xəbər xətti