Arda Güler "Real"a qələbə qazandırdı - VİDEO

10:52 - 27 Aprel 2024

İspaniya La Liqasında 33-cü tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə lider "Real" səfərdə "Real Sosyedad"ın qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 84-ə yüksəldən "Real" liderliyini davam etdirir. 51 xalı olan "Real Sosyedad" isə 6-cı yerdədir.

"Real Sosyedad" - "Real" 0:1
Qol:
Arda Güler, 29

Xəbər xətti