Azərbaycan klubları Rusiya millisinin və "Spartak"ın müdafiəçisi ilə maraqlanır

13:22 - 18 İyun 2025

Rusiya millisinin sabiq müdafiəçisi Georgi Cikiya karyerasını Azərbaycanda davam etdirə bilər. 

Sportal.az xəbər verir ki, hələlik rus futbolçunu istəyən klubların adı açıqlanmasa da, onların danışıqlara start verdiyi bəlli olub.

31 yaşlı futbolçu məxsus olduğu “Ximki”nin Rusiya çempionatında iştirak üçün lisenziya ala bilməməsindən sonra xaricə yollanmağın əleyhinə də deyil.

Təcrübəli müdafiəçinin “Ximki” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq. “Spartak”(Nalçik), “Amkar”, “Spartak”(Moskva) klublarında oynamış futbolçu Rusiya millisində 44 matça çıxıb.
 

Xəbər xətti