Yeni mövsümdən Misli Premyer Liqasında yarışacaq "Karvan"ın baş məşqçisi Azər Məmmədov ola bilər.
Sportal.az saytına verilən məlumata görə, Yevlax təmsilçisi 47 yaşlı mütəxəssisə bu postu təklif edib.
Üstəlik, Məmmədov baş məşqçi postunda işləsə belə, ötən mövsüm komandanı yüksək liqaya daşıyan Kənan Kərimov "Karvan"dan ayrılmayacaq.
Amma Azər Məmmədovun "Karvan"ı çalışdırıb-çalışdırmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
Məsələ burasındadır ki, 49 yaşlı mütəxəssisin Premyer Liqa klubnu çalışdırması üçün maliyyə məsələsində razılıq əldə edilməlidir.
saytlarin hazirlanmasi