Asensio üçün "Milan" da mübarizəyə qoşuldu - "Fənərbaxça"dan illik 15 milyon avroluq təklif

23:25 - 3 İyul 2025

“Milan” Marko Asensionu transfer etməkdə maraqlıdır.

Sportal.az xəbər verir ki, "L’Equipe"in məlumatına görə, İtaliya klubu PSJ-nin yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlayıb. İspaniyalı futbolçunu transfer etmək istədiyini onun ətrafına “Vilyarreal” da bildirib, lakin La Liqa klubunun bu transfer üçün kifayət qədər maliyyə imkanına sahib olması çətin görünür.

Asensioya maraq göstərən digər klub isə “Fənərbaxça”dır. Türkiyə klubu futbolçuya bonuslarla birlikdə illik 15 milyon avro təklif edib. Lakin Marko İstanbulda oynamağı əsas prioritet hesab etmir və bütün mümkün variantları dəyərləndirmək niyyətindədir.

Qeyd edək ki, Asensio son 6 ayı icarə əsasında “Aston Villa”da keçirmişdi.

Xəbər xətti