"Fənərbaxça" "Əl-Nəsr"in hücumçusu Con Duranla rəsmi müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, İstanbul təmsilçisi kolumbiyalı futbolçunun 1 illik icarə əsasında heyətinə qatdığını açıqlayıb.
Qeyd edək ki, "Əl-Nəsr" Con Duranı bu ilin yanvar ayında "Aston Villa"dan 77 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 12 qol vurub.
saytlarin hazirlanmasi