"Beşiktaş" Orkun Kökçü transferini açıqladı - RƏSMİ

00:22 - 12 İyul 2025

"Beşiktaş" Orkun Kökçü transferi ilə bağlı "Benfika" ilə rəsmi danışıqlara başlayıb. 

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, transfer barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verilib. Türkiyəli futbolçunun sabah İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Benfika"nın heyətində meydana çıxdığı 55 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti