Çempionlar Liqası: "Qarabağ"ın bütün rəqibləri bəlli oldu - YENİLƏNİB

21:02 - 28 Avqust 2025

UEFA Çempionlar Liqasının bu mövsümkü liqa mərhələsində iştirak edəcək 36 klubun adı dəqiqləşib.

Sportal.az xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilir. 

Monakoda yerləşən inzibati binada təşkil ediləcək tədbirə Bakı vaxtı ilə 20:00-da start verilib. 

Azərbaycan çempionu "Qarabağ" püşkatmada dördüncü səbətdə yer alıb.

Azərbaycan çempionunun rəqibləri "Çelsi" və "Liverpul", "Benfika", "Ayntraxt", "Ayaks", "Napoli", "Atletik" və "Kopenhagen" olub.

"Qarabağ" Bakıda "Çelsi", "Ayntraxt", "Ayaks" və "Kopenhagen"i qəbul edəcək. "Liverpul", "Benfika", "Napoli" və "Atletik"lə oyunlar isə səfərdə olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının ilk turu sentyabrın 16-18-də baş tutacaq.

Bu mövsüm final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə olacaq. 

Xəbər xətti