"Porto"dan "Arsenal"a 26 milyon avroluq təklif

00:02 - 27 Avqust 2025

“Porto” Yakub Kivyer üzrə yeni təklif irəli sürüb.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, Portuqaliya klubu 25 yaşlı müdafiəçinin transferi üçün “Arsenal”a 26 milyon avro təklif edib və yaxın 1-2 gün ərzində cavab almaq istəyir. Müqavilənin taleyi londonluların “Bayer”dən Pyer İnkapieni transfer edib-etməyəcəyindən asılı ola bilər.

Qeyd edək ki, Kivyer ötən mövsüm Premyer Liqada 17 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti