"Real"da 402 matç keçirdi, Almaniya klubu ilə anlaşdı

12:48 - 26 Avqust 2025

“Real”ın futbolçusu Lukas Vaskes “Bayer”lə müqavilə imzalamağa yaxındır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Vaskes karyerasını Almaniyada davam etdirə bilər.

34 yaşlı ispan Leverkuzen klubuna keçməyə maraqlıdır. Tərəflər saziş bağlamağa yaxındırlar. Vaskes "Real"dan ayrıldıqdan sonra azad agent statusundadır.

O, “kral klubu”nda 402 oyun keçirib, 38 qol vurub və 73 məhsuldar ötürmə edib.

İspaniya millisinin sabiq üzvü "Real"ın yetirməsidir və yalnız "Espanyol"da icarə əsasında oynayıb.

Xəbər xətti