"Araz-Naxçıvan"ın futbolçuu Felipe Santos Sportal.az saytına açıqlama verib.
Braziliyalı vinger Misli Premyer Liqasının ikinci turunda "Turan Tovuz"u (2:1) məğlub etmələri haqda danışıb: "Çətin oyun alındı. Rəqib diaqonal toplarla çıxırdı. Əslində, oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəldiyimiz üçün şadam. İkinci qola gəldikdə, komanda yoldaşımın daha əlverişli mövqedə olduğunu görərək, ötürmə verdim. Simakalaya asist etdim. Onun qol vurduğu üçün də şadam. Hər halda, asist etmək də yaxşıdır."
Santos, 1-ci turda "Zirə" ilə görüşün gedişində Rəşad Sadıqovla arasında yaşanan mübahisəyə də aydınlıq gətirib: "Rəşad Sadıqova hörmətim var. Yaxşı məşqçidir. Bilirsiz, futboldur və belə epizodlar da olur. Amma həmin hadisəni unutmuşam, geridə qalıb".
Braziliyalı legioner qarşıdakı turda "Qəbələ"yə qarşı keçiriləcək oyundan gözləntilərini də açıqlayıb: "Qəbələ" sabiq komandalarımdan biridir. Bu komanda ilə birlikdə ölkə kubokunu qazanmışam. Oyunun çətin keçəcəyi bəllidir. Amma biz meydana qalibiyyət üçnü çıxacağıq. Hədəflərimiz var".
Mirbağırağa
saytlarin hazirlanmasi