Futbol üzrə Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə “Anyanq"la qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, "Daejeon" 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi