"Çelsi" Xavi Simonsun transferində irəliləyiş əldə edib.
Sportal.az xəbər verir ki, jurnalist Florian Plettenberqin məlumatına görə, London klubu niderlandlı yarımmüdafiəçi ilə 2031-ci ilə qədər müqavilə imzalamağa hazırlaşır. Futbolçu ilə şəxsi şərtlər barədə şifahi razılıq əldə olunub, yazılı detallar isə gələn həftə yekunlaşdırılacaq.
"Çelsi"nin "Leyptsiq"lə danışıqları bu gün "Bavariya" ilə oyundan sonra keçiriləcək. Transferin baş tutması üçün Kristofer Nkunku və Nikolas Ceksonun satılması vacib olacaq.
saytlarin hazirlanmasi