Veteran futbolçu Zaur Ramazanov keçmişdə verdiyi bir çox qərarlara görə peşmandır. O, vaxtilə karyerasını düzgün qurmadığını, legioner həyatı yaşamadığı üçün səhv etdiyini boynuna alır.
Sportal.az xəbər verir ki, sabiq hücumçu futbolinfo.az saytına müsahibəsində aldığı təkliflərdən danışıb: “Bakılı”da oynayanda mənə “Neftçi”dən təklif gəldi. Kazbek Tuayev çağırdı, getmədim, fikirləşdim ki, orada Vadim Vasilyev və Zaur Tağızadə kimi hücumçular var, bilmirəm, şans qazanacaqdım, ya yox. Amma yaxşı da pul verirdilər”.
Zaur xarici klublardan da dəvət alıbmış: “O vaxt indiki kimi deyildi. Bizə ilk mərhələdə Zaqreb “Dinamo”su kimi komanda düşürdü. Bu komandanın 6-7 oyunçusu bizdən sonra Avropa nəhənglərinə keçdi. Biz onlara qarşı pis oynamadıq. Bəlkə də heç bizdən bunu gözləmirdilər də. Hətta sonra dərhal məni transfer etmək üçün “Xəzər Lənkəran”a təklif göndərdilər. Ancaq Mübariz Mənsimov dedi ki, “Zaur Ramazanov satılmır!” Heç özüm də getmək istəmirdim. Mən başqa yerdə qala bilmirəm. Qalsaydım, elə ancaq legioner həyatı yaşayardım. Yoxsa ki, “Bursaspor” rəsmiləri qapımda gecələyirdi, daha sonra mənə İrandan və “Anji”dən təklif gəldi. Ona qədər də Almaniyanın II və III Bundesliqa klubları dəvət göndərirdi. Futzal millisində də oynayanda “Malaqa” məni çağırmışdı”.
Müsahibənin tam mətni ilə az sonra tanış ola bilərsiz.
saytlarin hazirlanmasi