"Neftçi"də daha bir legioner müdafiəçi - ortaq məxrəcə gəldilər

23:04 - 20 Avqust 2025

Rumıniyanın "Dinamo" (Buxarest) klubunun futbolçusu Kennedi Boatenq "Neftçi" ilə razılıq əldə edib.

Sportal.az xəbər verir ki, Buxarest təmsilçisi qanalı mərkəz müdafiəçisi üçün istədiyi məbləğdə endirim edib.

Daha əvvəl qarşı tərəf 700 min avro istəyib. Məhz buna görə keçidin baş tutması gecikib. İndi isə Bakı klubu 28 yaşlı oyunçunu 350 min avro qarşılığında heyətinə qatmağa razlışıb.

Qeyd edək ki, Kennedi Boatenq 2024-cü ildə Rumıniya təmsilçisinin formasını geyinir.(Sport24.az)

Xəbər xətti