Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Konfrans Liqasında pley-off mərhələsində ilk matçını keçirib.
Sportal.az xəbər verir ki, Bolqarıstan klubu "Rakuv"la qarşılaşıb.
Polşadakı görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb(1:0).
Meydana start heyətində çıxan Cəlal 90+1-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, cavab görüşü avqustun 28-də Bolqarıstanda baş tutacaq.
saytlarin hazirlanmasi