"Qarabağ" futbolçularının sevinci rəqibi qıcıqlandırıb - "Bu, heç də yaxşı deyildi"

14:10 - 21 Avqust 2025

"Ferentsvaroş"un futbolçusu Aleks Tot UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu haqda danışıb.

Sportal.az xəbər verir ki,  19 yaşlı yarımmüdafiəçi Bakıda 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa biləcəklərinə inandığını bildirib:

“Qarabağ”ın elə çox böyük şansları yox idi. Lakin əllərinə düşən fürsətlərdən yararlandılar. Üç qol buraxmaq bəlkə də bizim axmaqlığımız idi. Bundan daha böyük geridönüşlər görmüşük. Bizim hələ də şansımız var. Komandaya güvənirəm, biz birlikdə uğur qazana bilərik. "Qarabağ"ın futbolçuları sanki duel bitibmiş kimi bayram etdilər. Bu, heç də yaxşı deyildi".

Qeyd edək ki, "Qarabağ"ı "Ferentsvaroş"la cavab matçı avqustun 27-də Tofiq Bəhraamov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti