"Vulverhempton"un hücumçusu Yorgen Strand Larsen Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Nyukasl" norveçli forvardı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Sağsağanlar" Strand Larsen üçün onun klubuna 60 milyon funt-sterlinqlik təklif göndərib. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Vulverhempton" Yorgen Strand Larseni ötən ilin yayında "Selta"dan icarəyə götürüb, bu il isə 25 yaşlı forvardın transfer hüquqlarına yiyələnib. Norveç millisinin üzvü "qurdlar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi