“Qəbələ” bu gün yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Kaxaber Tsxadadzenin komandası 1-ci Liqa təmsilçisi MOİK-lə qarşılaşıb. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qırmızı-qaralar"ın heyətində qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub.
Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının 2-ci turunda avqustun 25-i saat 19:00-da "Zirə"ni qəbul edəcək.
saytlarin hazirlanmasi