Amerika klubu qadın futbolunda ən bahalı transferi gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, ABŞ-ın Qadınlar Futbolunun Milli Liqası (NWSL) təmsilçisi "Orlando Pride" Meksika yığmasının və "Tigres" klubunun hücumçusu Lizbet Jaklin Ovalyeni rekord məbləğə transfer etdiyini açıqlayıb. Müqavilə "2+1" sxemi ilə bağlanıb.
BBC-nin məlumatına görə, "Orlando Pride" cinah hücumçusu üçün 1,5 milyon dollar ödəyəcək. Ötən ay qadınlar Çempionlar Liqasının hazırkı qalibi "Arsenal" "Liverpul"dan kanadalı hücumçu Oliviya Smiti 1 milyon funta transfer etmişdi.
Qeyd edək ki, Ovalye Meksika millisində 81 oyun keçirib və 20 qol vurub.
saytlarin hazirlanmasi