Ötən mövsümü “Karvan”da keçirmiş Peyman Keşavarz özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, müdafiəçi Omanda çıxış edəcək.
O, “Saham” klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Peyman “Karvan”la yanaşı, Keşavarzi “Sumqayıt”, “Səbail” və “Kəpəz”də də oynayıb.