Dadaşov qırmızı vərəqə epizodu şərh etdi: "Həmin an nə düşündüyümü bilmirəm"

13:27 - 19 Avqust 2025

"Dinamo"nun(Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniya kubokunun 1/32 finalında “Bohum”la oyunda (1:3) qırmızı vərəqə ilə cəzalandırılması haqda fikir bildirib. 

Sportal.az xəbər verir ki, “Bild”ə danışan millimizin keçmiş hücumçusu həmin vəziyyəti belə izah edib:

"Həmin anda nə düşündüyümü özüm də bilmirəm. İkinci Bundesliqadan olan komandaya qarşı oynayanda bir az çirkin davranmalısan. Mübarizələrdə sərt olmalısan, bəlkə daha da kobud oynamalısan”.

Xatırladaq ki, Rüfət 102-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
 

Xəbər xətti