"Araz-Naxçıvan"ın sabiq müdafiəçisi Mohammed Kadirinin yeni mövsümə 1-ci Liqa təmsilçisi "Mingəçevir"də başlayacağı bəllidir.
Sportal.az fanat.az-a istinadən xəbər verir ki, qanalı oyunçu hələ də Azərbaycana gəlməyib.
Aran klubunun afrikalı futbolçu ilə şərtlərlə bağlı razılaşsa da, Kadirinin gəlişi sənədlərlə bağlı problemlər üzündən ləngiyir. Onun yaxın 10-15 gündə ölkəmizə təşrif buyuraraq "şəhərlilər"in düşərgəsinə qoşulacağı gözlənilir.
Kadiri karyerasına vətənində "Aşanti Qold"da başlayıb. Onun Avropa karyerası yetərincə zəngindir. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Mohammed "Araz-Naxçıvan"la yanaşı, müxtəlif vaxtlarda "Austriya" (Vyana, Avstriya), "Arsenal" (Tula, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Çernomorets" (Ukrayna) və "Honved"də (Macarıstan) top qovub. 29 yaşlı futbolçu son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.
saytlarin hazirlanmasi