Təlim-məşq toplanışında "Şamaxı"da baxışda olan Raul Hacıyevlə müqavilə bağlanmayıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Ayxan Abbasov yerli pasportu olmayan futbolçunu legioner kimi götürmək istəməyib. 20 yaşlı futbolçunun özünə də deyilib ki, sənədi olsaydı, onunla anlaşma imzalanacaqdı.
Qeyd edək ki, Raul Hacıyev əslən Azərbaycandan olsa da, Gürcüstan vətəndaşıdır. Ona milli pasportun verilməsi həllini tapmayıb. Ayxan Abbasov Raulu məhz bu səbəbdən U-21 millisinə cəlb eləyə bilmir.
saytlarin hazirlanmasi