Məşhur hücumçu U-23 komandasına göndərildi

19:17 - 19 Avqust 2025

"İnter"in hücumçusu Mehdi Taremi əsas komandadan kənarlaşdırılıb.

Sportal.az xəbər verir ki, komandadan ayrılacağı gözlənilən iranlı forvard U-23 komandasına göndərilib. Futbolçu gənclərlə birlikdə məşq edir.

"Fulhem", "Lids Yunayted", "Vest Hem" və "Beşiktaş" Taremini heyətinə qatmaq istəyir.33 yaşlı oyunçu transfer məsələsi yekunlaşana kimi gənclər komandası ilə məşq edəcək.

Qeyd edək ki, Mehdi Taremi ötən ilin yayından "İnter"də çıxış edir. İran millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti