"Atalanta"nın hücumçusu El Bilal Ture karyerasını Türkiyə Super Liqasında davam etdirə bilərş.
Sportal.az xəbər verir ki, "Beşiktaş" malili forvardı transfer etmək istəyir. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
İstanbul nəhəngi Ture üçün İtaliya klubuna təklif göndərməyi planlaşdırır. 23 yaşlı futbolçu ilə "Feyenord" da yaxından maraqlanır.
Qeyd edək ki, El Bilal Ture ötən mövsüm "Ştutqart"ın formasını geyinib. Mali millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi