Yamayka millisinin üzvü "Roma"da

16:59 - 19 Avqust 2025

"Aston Villa"nın futbolçusu Leon Beyli karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Roma" yamaykalı vingerin keçidini həll edib. Beyli artıq Romadadır.

28 yaşlı ön xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra paytaxt klubu ilə müqavilə imzalayacaq.

"Roma" Yamayka millisinin üzvü üçün İngiltərə klubuna 2 milyon avro icarə haqqı ödəyəcək. A Seriyası təmsilçisi 22 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Leon Beyli ötən mövsüm "Aston Villa"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti