"Qarabağ" qalib gəldi, Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırdı

09:55 - 20 Avqust 2025

"Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşündə "Ferentsvaroş"u məğlub edib(3:1).

Sportal.az xəbər verir ki, bu qələbə sayəsində UEFA reytinqində "Qarabağ" ölkə aktivinə 0,500 əmsal əlavə edib. 

Hazırda Azərbaycan 19.500 əmsalla 28-ci pillədədir. 27-ci pillədəki Ukraynanın 19.725 əmsala sahibdir. 

Qeyd edək ki, "Qarabağ" - "Ferensvaroş" görüşü avqustun 27-də Bakıda baş tutacaq. 

Xəbər xətti