Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarına təyinat aldı

11:09 - 22 Avqust 2025

FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, o, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.

Azərbaycanlı hakim avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) görüşündə isə 2-ci hakim funksiyasını yerinə yetirəcək.

Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” – “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb. Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.

Xəbər xətti