"Araz-Naxçıvan"ın qapıçısı: "Konfrans Liqasındakı artıq keçmişdə qalmış oyunlarımızı düşünmürük"

11:49 - 22 Avqust 2025

"Araz – Naxçıvan"ın qapıçısı Kristian Avram Misli Premyer Liqasının 1-ci turunun “Zirə” ilə görüşünü (1:1) şərh edib.

Sportal.az saytına açıqlama verən moldovalı qolkiper səfər görüşündən bir xalla ayrılmağın vacibliyini vurğulayıb:

"Çətin oyun oldu. Bərabərlik qolunu vura bildik. Mövsümün əvvəli üçün heç də pis nəticə deyil. Düşünürəm ki, oyundan-oyuna  hər şey daha da yaxşılaşacaq. Biz bu dövrü keçib irəliyə baxmalıyıq. Artıq Konfrans Liqasındakı artıq keçmişdə qalmış oyunlarımızı düşünmürük. Bərpa olunuruq və yavaş-yavaş mövsümə başlayırıq. Premyer Liqada asan mövsüm olmayacaq”.
 

Xəbər xətti