"Ferentsvaroş"da daha bir itki - "Qarabağ"la görüşdə meydana çıxmamaq ehtimalı böyükdür

13:22 - 22 Avqust 2025

Macarıstanın “Ferentsvaroş” klubu Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı Bakıda keçirəcək cavab oyunu öncəsi (ilk oyun - 1:3) ciddi problemlə üzləşib.

Sportal.az “Magyar Nemzet”ə istinadən xəbər verir ki, Budapeştdə keçirilən ilk matçın fasiləsində zədə səbəbindən əvəzlənən yarımmüdafiəçi Bentse Etvöş stadionu komanda yoldaşlarının köməyi ilə tərk edə bilib. 

Onun Bakıdakı görüşdə oynaya bilmək ehtimalının çox aşağı olduğu iddia edilir. Belə ki, Macarıstan çempionunun baş məşqçisi Robbi Kin zədə səbəbindən meydana çıxmayan Julio Romaonun ardınca daha bir yarımmüdafiəçinin xidmətindən yararlanmamaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.
 

Xəbər xətti