"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Misli Premyer Liqasının 2-ci turunun “İmişli” ilə görüşü (0:0) haqda Sportal.az saytına açıqlama verib.
"Ağ-qaralar"ın futbolçusu səfər görüşündə qalib gələ bilməmələrini şərh edib:
"Asan oyun deyildi. “İmişli” qapalı futbol oynadı. Bu, artıq ikinci matçdır ki, biz rəqibin müdafiəsini yarmağa çalışırıq. Birinci hissə istədiyimiz kimi alınmadı. Amma fasilədən sonra qol vura bilərdik, amma şanslarımızdan istifadə etmək alınmadı. Ot örtüyü də oyunumuza təsir etdi. Çünki biz təbii örtüklü meydançalarda oynayırıq, məşq edirik. Təəssüf ki, ilk iki turdan sonra qələbə qazana bilməmişik. Yeni komandamız var, zaman lazımdır".
Mirbağırağa
saytlarin hazirlanmasi