"Yuventus" və PSJ Lukas Beraldo barədə danışıqlar aparıblar.
Sportal.az xəbər verir ki, jurnalist Giovanni Albanesenin məlumatına görə, Turin klubu Lukas Beraldonun mümkün transferini PSJ ilə müzakirə edib.
21 yaşlı braziliyalı müdafiəçi Lloyd Kellinin komandadan ayrılması halında alternativ kimi nəzərdən keçirilir, lakin hələlik klublar konkret təklifləri müzakirə etməyib.
Qeyd edək ki, ötən mövsümdə Beraldo Paris klubunda Liqa 1-də 25 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi