"Atalanta"nın hücumçusu "Beşiktaş"da - RƏSMİ

19:19 - 25 Avqust 2025

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Atalanta"dan El Bilal Tureni satınalma bəndi ilə icarəyə götürüb. Bu barədə klubunj mətbuat xidməti məlumat yayıb.

Malili forvard artıq İstanbuldadır. 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunlaa müqavilə imzalanacaq.

Qeyd edək ki, El Bilal Ture ötən mövsüm icarə əsasında "Ştutqart"da çıxış edib. Mali millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti