Şotlandiyanın şimal-şərqində yerləşən Crovie kəndində nə maşın, nə də velosiped sürmək olmaz. Kənd dənizə çox yaxın və yolları dar olduğu üçün insanlar yalnız piyada hərəkət edir. Burada təxminən 60 ev var və gələnlər maşınlarını kənarda saxlayıb əşyalarını əl arabası ilə daşıyırlar.
Sportal.az xəbər verir ki, Crovie Avropanın ən yaxşı qorunan balıqçı kəndlərindən biridir. 1953-cü ildə baş verən güclü tufan kənddə balıqçılığı dayandırdı və çox adam qonşu kəndə köçdü. İndi burada cəmi 5 nəfər yaşayır, evlərin çoxu isə istirahət üçün istifadə olunur.
Kənddə dükan və yemək yeri yoxdur, turistlər öz yeməklərini gətirməlidir. Crovie bu gün səs-küydən uzaq, sakitlik və təbiət axtaranlar üçün nağıl kimi bir yerdir.(News24.az)
saytlarin hazirlanmasi