Metro "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

19:45 - 26 Avqust 2025

Qarabağ”ın oyunu ilə əlaqədar metro gücləndirilmiş rejimdə işləyəcək.

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionu yaxınlığında yerləşən “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri tətbiq olunacaq.

Sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün:

Stansiyalarda əlavə işçi qüvvəsi cəlb olunacaq

Arenaya gedən azarkeşlərin yönləndirilməsi təmin ediləcək

Növbətçilik cədvəli tərtib olunacaq

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Qarşılaşma əlavə vaxtla davam edərsə, azarkeşlərin mənzilbaşına rahat qayıtması üçün iş saatı uzadılacaq.

Xəbər xətti