"Borussiya"dan Niko Kovaç qərarı

16:15 - 26 Avqust 2025

"Borussiya" baş məşqçi Niko Kovaçla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi xorvatiyalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı çalışdırıcı ilə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Niko Kovaç bu ilin fevral ayında Dortmund təmsilçisinin baş məşqçisi təyin olunub.

Xəbər xətti