"Real"ın futbolçusu Dani Sebalyos karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Marsel" ispaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
DÇ-2026 üçün İspaniya millisnə dəvət almağı qarşısına hədəf qoyan Sebalyos daha çox oynaya biləcəyi kluba keçmək istəyir. 29 yaşlı ooyunçu maaşı azalsa belə, "Marsel"də oynamağaa hazırdır.
Liqa 1 təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq üçün onun klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında "Betis"dən transfer edib. Futbolçu ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi