"Əgər Çempionlar Liqası mənim klubum üçün mühüm əhəmiyyət daşısaydı..." Mourinyodan Aktürkoğlu açıqlaması

00:24 - 27 Avqust 2025

"Fənərbaxça" sabah  Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Benfika" ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo son günlərdə gündəmi zəbt edən Kerem Aktürkoğlunun transferi haqqında maraqlı fikirlər səsləndirib:

"Mən transfer üçün əlavə bir səy göstərildiyini düşünmürəm. Əgər Çempionlar Liqası mənim klubum üçün həyati əhəmiyyət daşısaydı, "Feyenoord" ilə "Benfika" matçları arasındakı müddətdə nəsə edilərdi. Matçdan sonra biz ya Çempionlar Liqasında, ya da UEFA Avropa Liqasında davam edəcəyik. O vaxta qədər nəsə olar, bilmirəm.”

Xəbər xətti