"Barselona" qapıçısını icarəyə verdi - RƏSMİ

21:16 - 27 Avqust 2025

"Barselona" qapıçısı İnaki Penanı icarəyə verib.

Sportal.az xəbər verir ki, İspaniya çempionu 26 yaşlı qolkiperi "Elçe"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı "əlcək sahibi" 2025/2026 mövsümünü La Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, İnaki Pena "Barselona"nın yetirməsidir. Klub qapıçını icarəyə vermədən öncə onun müqaviləsini 2029-cu ilin yayına kimi uzadıb.

Xəbər xətti