AMADA Azərbaycan klubunun legionerini diskvalifikasiya etdi

14:17 - 28 Avqust 2025

AMADA ötən mövsümü "Sumqayıt"da keçirmiş legioner basketbolçu Javaun Markel Danielsi diskvalifikasiya edib.

Sportal.az xəbər verir ki, buna onun antidopinq qaydalarını pozması səbəb olub.

Daniels 3 aylıq müddətə yarışlardan uzaqlaşdırılıb. Onun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

Sanksiyanın müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər təyin olunub.

Qeyd edək ki, o, intizamsılıq etdiyinə görə komandadan uzaqlaşdırılıb. 

Xəbər xətti