"Qalatasaray" 30 milyon avroya müdafiəçi transfer etdi - RƏSMİ

21:39 - 28 Avqust 2025

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Monako"dan Vilfred Sinqonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" Fil Dişi Sahili millisinin üzvü üçün Fransa klubuna 30 milyon avro təzminat ödəyəcək. 

24 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Futbolçunun illik maaşı 4,8 milyon avro olacaq. O, "sarı-qırmızılar"da 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Monako" Vilfred Sinqonu 2023-cü ilin yayında "Torino"dan transfer etmişdi. Arxa xətt oyunçusu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti