Amorim "Mançester Yunayted"dən ayrılacaq?

00:40 - 29 Avqust 2025

Ruben Amorim "Mançester Yunayted" rəhbərliyi ilə gələcəyini müzakirə edəcək. 

Sportal.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi milli komandaların oyunları üçün fasilə zamanı klub rəhbərliyi ilə öz gələcəyini müzakirə edəcək. Klub rəhbərliyi Amorimi dəstəkləyir.

Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted" İngiltərə Liqa Kubokunda 4-cü divizion təmsilçisi "Qrimsbi"yə penaltilər seriyasında uduzaraq artıq ikinci raundda mübarizədən kənar qalmışdı. Premyer Liqada isə mankunianlar «Arsenal»a (0:1) məğlub olmuş və «Fulhem»lə (1:1) heç-heçə etmişdilər.

Xəbər xətti