“Fulhem” Rahim Sterlinqlə maraqlanır.
Sportal.az xəbər verir ki, jurnalist Ben Ceykobzun məlumatına görə, London klubu “Çelsi”nin vingerinin transferini mümkün variant kimi nəzərdən keçirir.
“Çelsi” futbolçunu daimi əsaslarla satmağa üstünlük verir, lakin bunun üçün Sterlinq maaşının azaldılmasına razı olmalıdır, əks halda transfer baş tutmaya bilər.
Bundan əlavə, bu həftə 30 yaşlı futbolçu “Napoli”yə də təklif olunub.
Qeyd edək ki, keçən mövsüm Rahim Sterlinq “Arsenal”da icarə əsasında çıxış edib. O, Premyer Liqada keçirdiyi 17 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi