Portuqaliya klubunun qapıçısı "Karvan"da - RƏSMİ

13:34 - 13 Avqust 2025

"Karvan" növbəti transferi reallaşdırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Pedro Mateusla anlaşıb.

Portuqaliyalı qapıçı Pedro ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçu son olaraq ölkəsinin “Feirense” klubunun formasını geyinib.

Pedro Mateus San-Tome və Prinsipi millisinin üzvüdür. O, karyerası ərzində "Maritimo", "Olimpias Limpion"(Kipr), "Sanxoanense" klublarında oynayıb.


Xəbər xətti