"Qarabağ"ın rəqibi onu satmayacaq

14:22 - 15 Oktyabr 2025

Avropanın bir çox klubları "Çelsi"nin futbolçusu Moyzes Kaysedonu transfer etməkdə maraqlıdır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, PSJ və "Real" ekvadorlu üçün artıq indidən hərəkətə keçib.

Lakin London təmsilçisi həmin təklifləri geri çevirəcək. Çünki onlar Kaysedonu satmaq niyyətində deyil.

23 yaşlı yarımmüdafiəçinin "zadəganlar"la müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.

Bakıda keçiriləcək görüş noyabrın 5-də keçiriləcək və görüşə Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Xəbər xətti