Millimiz Rumıniyaya böyük hesabla uduzdu

19:50 - 14 Oktyabr 2025

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərllik etdiyi kollektiv Rumıniya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın yeganə qolunu Əli Bəşirov vurub.

Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda Fransaya 0:8, daha sonra İsrailə 1:5 hesabı ilə uduzub.

Xəbər xətti