Zinəddin Zidan peşəkar gələcəyi ilə bağlı suala cavab verib.
Sportal.az xəbər verir ki, “Yuventus”, “Real” və Fransa millisinin sabiq yarımmüdafiəçisi karyerası haqqında bunları qeyd edib:
“Əlbəttə, mən mütləq yenidən məşqçiliyə qayıdacağam. "Yuventus"da işləmək? Bilmirəm, niyə bu baş vermədi. Bu klub hər zaman ürəyimdədir, çünki mənə çox şey verib.
Gələcəkdə məni nə gözlədiyini bilmirəm. Məqsədlərimdən biri Fransa yığmasını çalışdırmaqdır. Gözləyək, görək".
Xatırladaq ki, Didye Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçi postunu tərk edəcək.
saytlarin hazirlanmasi